05 İyun 2026
Ölkə futbolu

AFFA “Neftçi” oyununda baş verən qayda pozuntularına sərt addım atdı

AFFA İntizam Komitəsi VII tur oyunları ilə bağlı qərarlarını açıqladı

İdmanxeber.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının VII turu çərçivəsində bir sıra cərimələr və oyunçu cəzaları təsdiqlənib:

“Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə”nin 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq 1 oyun cəzalandırılıb, klub 500 manat cərimələnib.

Həmin oyunda VAR maşını ətrafında təhlükəsizlik təmin edilmədiyi üçün “Zirə” 1000 manat cərimə olunub.

“Neftçi”də 4 futbolçunun sarı vərəqə alması səbəbindən klub 700 manat cərimələnib.

“Neftçi” azarkeşlərinin kütləvi iğtişaş törətməsi nəticəsində klub 10,000 manat cərimə edilib.

Oyunun 90+5-ci dəqiqəsində “Neftçi” məşqçisi Vəfadar Quliyev qırmızı vərəqə alıb, 2 oyunluq cəza və 5000 manat cərimə tətbiq olunub.

“Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığından klub 700 manat cərimələnib.

“Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusuna sarı vərəqə verilməsi nəticəsində klub 700 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43