Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında danışıb.
27 yaşlı forvard Azərbaycan yığmasının son turda Bakıda Ukrayna ilə heç-heçə etdiyini xüsusi vurğulayaraq bildirib:
“İslandiya ilə oyuna baxmadan əvvəl Azərbaycanla matça ciddi yanaşmalıyıq. Hər oyunun öz reallığı var və sabah qələbə qazanmalıyıq. Məqsəd dünya çempionatına vəsiqə qazanmaqdır və bunu təmin edənə qədər mübarizə aparmalıyıq.”
Mbappe həmçinin meydana çıxmağa hazır olduğunu və istənilən komandaya qol vura biləcəyini qeyd edib:
“Mən sabah oynamaq istəyirəm, baş məşqçi də buna qarşı deyil. Xüsusi narahatlığım yoxdur və bu gün son hazırlıq məşqi olacaq.”
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

