“Real Madrid”in braziliyalı gənc forvardı Endrik yanvar ayında komandadan ayrılma ehtimalını nəzərdən keçirir.
İdmanxeber.az xəbər verir ki, 19 yaşlı futbolçuya “Valensiya”, “Vest Hem Yunayted” və “Real Sosyedad” klubları maraqlıdır. Bu mövsüm meydana çıxmayan Endrik, daha çox oyun vaxtı qazanmaq məqsədilə klubdan ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, Endrik 2024-cü ilin yayında “Palmeyras”dan 47.5 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunmuşdu.

