Dünən Azərbaycan millisi yoxlama oyunu çərçivəsində Belarus yığmasına məğlub olub (0:2).
İdmanxeber.az-ın məlumatına görə, Masazırda “Bank Respublika Arena”da keçirilən matça maraq elə də böyük olmayıb. Azarkeşlər qarşılaşma üçün stadiona gəlməyi lüzum bilməyib.
Fanatlarla yanaşı, AFFA-nın rəhbəri Rövşən Nəcəflə baş katib Cahangir Fərəcullayev də stadionra təşrif buyurmayıb.
Qarşılaşmanı rəhbərlikdən federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov canlı izləyiblər.
Görüşü izləyənlər arasında Gənclər və İdman Naziri Fərid Qayıbov da yer alıb.

