Bolqarıstanın “Slaviya” klubunun hücumçusu Serder Serderov Azərbaycan millisində çıxış etmək təklif edilib.
İdmanxeber.com-un məlumatına görə, Sofiya klubunun forvardı AFFA-dan ona edilən bu təklifi rədd etdiyini bildirib:
"Mənə Azərbaycan pasportunu alaraq, vətəndaşlığını qəbul etmək, sonra da bu ölkənin milli komandasında çıxış etmək təklifi edilsə də, bunu qətiyyətlə rədd etdim. Mən rusam, bu mənim üçün prinsipial məsələdi.
Qeyd edək ki, 22 yaşlı futbolçu karyerası boyunca ÇSKA, "Anji" kimi klublarda top qovub.