15 İyun 2026
Ölkə futbolu

AFFA “Turan Tovuz” klubunu cərimələdi

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu cərimələyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Misli Premyer Liqasında 25-ci turun “Turan Tovuz” – “Zirə” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib.

Qərar İntizam Komitəsinin bugünkü iclasından sonra açıqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43