“Qarabağ”ın zədəli futbolçusu Yassin Benzianın son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, uzun müddətdir zədəli olan oyunçu artıq məşqlərə başlayıb. Benzianın hələ tam hazır olmadığı bildirilir.
Onun qarşıdakı oyunda meydanda olub-olmayacağı sual altındadır.
Xatırladaq ki, əlcəzairli oyunçu Konfrans Liqası pley-off mərhələsi çərçivəsində səfərdə “Gent”lə oyunda sıradan çıxmışdı.

