09 İyul 2026
Dünya futbolu

Aktürkoğlu “Fənərbağça”ya keçməyə yaxındır

“Benfika”nın cinah oyunçusu Kerem Aktürkoğlu “Fənərbağça”ya keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu ilə müqavilənin imzalanması son mərhələdədir. Sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

Aktürkoğlu “Qalatasaray”dan transfer olunaraq 2024-cü ilin yayından “Benfika”da çıxış edir. 2024/25 mövsümündə cinah hücumçusu 59 oyun keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43