16 İyul 2026
Dünya futbolu

Alleqri klubla 100-cü qələbəsini əldə etdi

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri klubla 100-cü qələbəsini əldə edib.

İdmanxeber.az xəbər verir ki, bu göstərici A Seriyasının XII turunda “İnter” üzərində qazanılan 1:0 hesablı qələbə ilə rəsmiləşib. Alleqri bununla “Milan”ın tarixində bütün turnirlərdə 100 qələbəyə çatan 7-ci məşqçi olub.

Ondan əvvəl bu hədəfə Ançelotti, Rokko, Kapello, Pioli, Liedholm və Sakki çatmışdı. Alleqri 2024-cü ilin mayından yenidən “Milan”ı çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43