04 İyun 2026
Ölkə futbolu

Almaniya klubu Mahirlə danışıq aparır

“Nürnberq” klubu millimizin üzvü Mahir Emreli ilə müqavilə uzatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, klubun idman direktoru Joti Chatzialexiou bu barədə açıqlama verib. O, 27 yaşlı hücumçu ilə müqavilənin uzadılması üçün danışıqlar aparıldığını bildirib.

Qeyd edək ki, Emrelinin “Nürnberq”lə müqaviləsinin müddəti bu yay başa çatır. Futbolçu bu mövsüm 2-ci bundesliqada 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43