Ölkə futbolu

Almeyda milliyə çağırıldı

Brazilyalı milliyə dəvət alıb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında Kosovo və Malta ilə oyunlar üçün braziliyalı milliləşdirilmiş futbolçu Riçard Almeydaya da dəvət göndərib.

Qeyd edək ki, millimiz sentyabrın 7-də Bakıda Kosovonu qəbul edəcək. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq. Qrupdakı digər rəqibimiz isə Farer Adaları yığmasıdır.

Xatırladaq ki, Almeyda mövsümün sonunda “Qarabağ”ı “Astana”ya dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43