Kateqoriyasız

Almeydalı “Astana” qrup mərhələsində

“Astana” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə,  bu gün Avroliqanın pley-off mərhələsində “Astana” komandası APOEL komandasını qəbul edib. Millimizin üzvü Almeydanın da forma geyindiyi Qazaxıstan təmsilçisi  penalti seriyasından sonra qrup mərhələsinə vəsiqə qazanıb.

Qazaxıstan çempionu oyunun əsas vaxtında 1:0 hesabıyla qalib gəlib. “Qarabağ”ın braziliyalı sabiq yarımmüdafiəçisi Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43