Kateqoriyasız

Alper Potuk “Qarabağ”da?

“Qarabağ” “Fənərbağça”nın yarımmüdafiəçisi Alper Potukla razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, 28 futbolçu Azərbaycan çempionunda birdəfəlik transfer kimi yox, icarə əsasında keçəcək. “Fənərbağça” Alperi “Çaykur Rizespor”a icarəyə vermək istəsə də, futbolçu özü “Qarabağ”a gəlmək istəyib.

Ağdam klubu Alperin maaşının bir hissəsini ödəyəcək. İllik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəməyə razılaşdığı iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43