16 İyul 2026
İdman

Amerikalı oyunçu “Sabah”a transfer olundu

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə mübarizə aparacaq “Sabah” basketbol klubu daha bir transfer həyata keçirib.

İdmanxeber.az-ın məlumatına görə, amerikalı Entoni Vilsonla 1 illik müqavilə bağlanıb.

204 sm boya malik 25 yaşlı idmançı NCAA-də (kollec liqası) iştirak edən “George Mayson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb. O, son mövsümü Afrika Liqasında yer alan Nigeriyanın “Kvara Falkons” klubunda keçirib.

Qeyd edək ki, “Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Şirzad Şirzadov və Endər Poladxanlını transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə sözləşmənin müddəti isə daha 1 illik uzadılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43