İdman

“Anadolu Efes” uduzdu, “Olimpiakos”dan qələbə – Avroliqa

Basketbol üzrə Avroliqanın XX turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşü Yunanıstanda baş tutub. Lider “Real” səfərdə “Olimpiakos”la qarşılaşıb. Madird klubu görüşdən məğlub ayrılıb – 73:60.

Türkiyənin “Anadolu Efes” klubu isə doğma meydanda “Bavariya” ilə üz-üzə gəlib. Görüş Münhen təmsilçisinin qələbəsi ilə sona çatıb – 81:89.

XX tur, Avroliqa

“Anadolu Efes” 81:89 “Bavariya”

“Zalqiris” 71:66 “Srvena Zvezda”

“Olimpiakos” 73:60 “Real”

“Milan” 73: 79 “Lion”

“Virtus” 74:64 “Panatinaikos”

“Makkabi” (Tel-Əviv) 87: 74 “Alba” 

“Valensiya” 89:81 “Partizan”

“Fənərbağça” 98:94 “Monako”

“Baskonia” 78:85 “Barselona”

Qeyd edək ki, hazırda turnir cədvəlində ilk dörd sırada 26 xala sahib 4 komanda – “Olimpiakos”, “Real”, “Fənərbağça” və “Barselona” yer alır. Aktivində 24 xalı olan “Zalqiris”lə “Monako” 5-6-cı, 22 xala sahib “Monako” ilə “Baskonia” isə 7-8-ci yerləri bölüşürlər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43