“Monako”da icarə əsasında çıxış edən ispaniyalı futbolçu Ansu Fati karyerasını “Atletiko Madrid”də davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu 22 yaşlı oyunçu üçün “Barselona” ilə danışıqlara başlayıb.
A.Fati bu mövsüm “Monako”nun heyətində meydana çıxdığı 5 matçda 6 qolla yadda qalıb.
Qeyd edək ki, sözü gedən futbolçunun dəyəri 5 milyon avrodur.

