09 İyul 2026
Dünyadan

Aquero “Mançester Siti”dən gedəcəyi vaxtı açıqladı

“Mançester Siti”nin hücumçusu Serxio Aquero gələcək karyerası haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, hücumçu 2018-ci ildə “Mançester Siti”dən ayrılaraq vətəninə qayıdacağını bildirib:

“Son bir neçə ayda “Mançester Siti” ilə yeni müqavilə imzalayacağımla bağlı xəbərlər yazıldı. Ancaq mən bu xəbərlərə əhəmiyyət vermədim. Artıq bilirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatından sonra Argentinaya qayıdacam. “Mançester Siti”də mənə çox yaxşı davrandılar. Lakin 2018-ci ildə klubla müqaviləm başa çatacaq və “İndependiente”yə transfer olunacam”.

Qeyd edək ki, karyerasına 1997-ci ildə “İndependiente”də başlayan Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43