Müsahibə

Araz Abdullayevdən etiraf: “Bacardığımız bu idi” (MÜSAHİBƏ)

“Neftçi”nin kapitanı Araz Abdullayevin idmanxeber.com saytına müsahibəsi

– Finalda məğluib olmaqla titulsuz qaldız. Oyunla bağlıı nə deyərdin?
– Bu oyuna qələbə üçün çıxmışdıq. Kuboku qazanmaq istəyirdik. Amma bu mövsümü titulsuz başa vurmalı olduq. Alınmadı.

– Kuboku qazanmağınıza nə mane oldu?
– Ağır oyun oldu. Vuruşduq, mübarizə apardıq. Amma görünür, qismət deyilmiş.

– Sizə elə gəlmir ki, “Neftçi” artıq birinci hissədən sonra məğlubiyyətlə barışmışdı?
– Xeyr, elə deyildi. İki qol buraxsaq da, mübarizəmizi sonadək davam etdirdik. Sadəcə, biz ilk yarıda iki qol buraxacağımızı gözləmirdik. Bu, planlarımıza daxil deyildi.

– Fərqi azaltdıqdan sonra  oyunda dönüş yaradacağınıza inandınız?
– Əlbəttə. Çünki hücumlarımızı davam etdirirdik. Başa düşürəm ki, hücumlar o qədər də kəsərli olmurdu. Amma bacardığımız bu oldu.

– Avrokuboklardan nə gözləyirsiniz?
– İndi bir qədər istirahət etmək lazımdır. Çox istərdim ki, komandamız daha çox mərhələ adlasın. Azərbaycanın bütün təmsilçilərinə avrokuboklarda uğurlar arzulayıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43