Kateqoriyasız

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi bəlli oldu (RƏSMİ)

“Xəzər Lənkəran”ın baş məşqçi postunda növbəti dəfə dəyişiklik edilib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub təmsilçisi bol qalmış posta klubun idman direktoru Yunis Hüseynovu gətirib.

Elbrus Məmmədov isə əvvəlki işinə qaytarılıb. O, yenidən əvəzedici komandanı zirvələrə daşımaq üçün çalışacaq.

Qeyd edək ki, Yunis Hüseynov 2012-ci ildə də “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, Lənkəran klubunun ilk dəfə Avroliqada mərhələ adlamasında böyük pay sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43