Kateqoriyasız

“Qarabağ”ın pezidenti: “Qarşıda bizi fillərlə döyüş gözləyir” – FOTO + VİDEO

Həm ölkə çempionatının, həm də kubokun sahibi olan “Qarabağ”ı tərik edənlərdən biri də klubun prezidenti Abdolbari Gözəl olub.

İdmanxeber.com-un məlumatına görə, klub prezidenti komandanın bazasında çepionluq tədbirində çıxış edərək bunları deyib:

“Bu uğurları boşuna qazanmamısınız, zəhmət çəkmisiniz. Hələ dəvədən böyük fil var. Qarşıda bizi fillərlə döyüş gözləyir. Allah Azərbaycana Heydər Əliyev kimi bir lider verdi. Onun siyasəti Azərbaycanı indiki vəziyyətə gətirib. İndi Azərbaycan Avropanın ümididir. Bakıda keçiriləcək I Avropa Oyunları da bir tarixdir. Burada Azərbaycan öz gücünü Avropaya göstərdi”.

A.Gözəl qeyd edib ki, “Qarabağ” adlı bayrağı ona ümummilli lider Heydər Əliyev verib: “Mərhum Heydər Əliyev dedi ki, bir klubu götür və qabağa çək. Bu da mənim üçün şərəfdir. İndi “Qarabağ” var. Heydər Əliyevin mənə verdiyi bayrağı İlham Əliyevin dəstəyi ilə bütün dünyaya daşıdıq. Biz heç vaxt qürurlanmırıq. Çünki bizlər bəndəyik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43