Kateqoriyasız

“Xəzər Lənkəran” iddiasını ortaya qoyur: Dieqo və daha 3 braziliyalı gətirilir

Mövsümlərarası yay fasiləsində komandanın baş məşqçi postunda dəyişiklik edən “Xəzər Lənkəran” aktiv transfer fəaliyyətinə başlayır.

İdmanxeber.com-un məlumatına görə, komandanın sükanı arxasına keçən Yunis Hüseynov komandanın zəif çıxışı səbəbindən ev oyunlarında stadiona gəlməyən azarkeşləri yenidən tribunalara qaytarmaq üçün heyəti səviyyəli yerli və əcnəbi futbolçularla gücləndirmək niyyətini açıqlayıb. Onun bu təklifini dəktəkləyən rəhbərlik klubun bütün maliyyə imkanlarını tam olaraq bu istiqamətə yönəltməyə razılıq verib.

Beləliklə ilk olaraq vaxtı ilə “Xəzər Lənkəran”da çıxış etmiş braziliyalı yarımmüdafiəçi Dieqo Souza geri qaytarılır. Onunla birgə  daha üç braziliyalı futbolçu “Xəzər Lənkəran”ın yay təlim-məşq toplantısında düşərgəyə qatılacaqlar. 

Qeyd edək ki, eyni zamanda bir neçə yerli istedadlı futbolçularla da danışıqlar gedir. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43