19 İyun 2026
Kateqoriyasız

“Araz Naxçıvan” və “Zirə”nin avrokuboklardakı 11 potensial rəqibi

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Zirə” və “Araz Naxçıvan”ın ikinci təsnifat mərhələsindəki bir neçə potensial rəqibi bilinib.

İdmanxeber.az-ın məlumatına görə, 44 mümkün rəqibdən hazırda 11-i məlumdur. Bunlar “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Santa-Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkan” (Kosovo), “Rosenborq” (Norveç) və “Aris”(Yunanıstan). 

Xatırladaq ki, 2-ci turun püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

Onu da qeyd edək ki, “Qarabağ” Azərbaycan kubokunu qazansa, Zirə” yeni mövsümə Konfrans Liqasında deyil, Avropa Liqasının I təsnifat mərhələsindən başlayacaq. Hazırda isə “Zirə” Konfrans Liqasında təsnifat mərhələsinin 2-ci raundunda iştirak hüququ qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43