Dünya futbolu

Arda “Barselona”dan ayrılmayacaq

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan bu mövsüm klubunu tərk etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli xavbek yayda ciddi təklif almayıb. Bu səbəbdən də “Barselona”da qalmaq və baş məşqçi Ernesto Valverdenin etimadını qazanmaq niyyətindədir.

Kataloniya təmsilçisi 30 yaşlı futbolçunu Amerika turuna götürüb və Arda “Yuventus”la oyunda bir hissə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43