İdman

Van Deyk “Liverpul”a keçir

“Sauthempton”un mərkəz müdafiəçisi Virgil Van Deyk transfer pəncərəsinin sonuna qədər “Liverpul”a keçəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 26 yaşlı futbolçunun yaxınlarına istinadən “Sky Sports” nəşri məlumat verib.

Bir müddət əvvəl “Sauthempton” danışıqlara görə “Liverpul”dan şikayət etmişdi. Amma indi mersisaydlar ona görə rekord məbləğ ödəməyə hazırdır. Futbolçunun dəyəri 60 milyon funt sterlinqdir. “Sauthempton” müdafiəçini təlim məşq düşərgəsinə aparmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43