Dünya futbolu

“Real”ın akademiyası komandaya nə qədər qazandırıb?

Son 5 il ərzində Madrid “Real”ının öz yetrimələrindən qazandığı məbləğ məlum olub.

İdmanxeber.com-un əlumatına görə, akademiyasının sayəsində “kral klubu” 12 transferdən 142,8 milyon avro qazanıb. Onlardan əsas pay Alvaro Moratanın keçidinin ( 80 milyon) üzərinə düşür.

Əlavə edək ki, gənclər sisteminin ehtiyaclarına “Real” hər il 20 milyon avro  (5 milyon “Kastilya”, 15 milyon isə digər komandalar üçün) xərcləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43