26 İyul 2026
Dünya futbolu

Arda Güler barəsində daha bir transfer xəbəri – İsrar edirlər

“Real”ın yarımmüdafiəçisi Arda Gülər bu ay klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə,  PSJ 19 yaşlı türk futbolçu ilə ciddi maraqlanır. Paris təmsilçisinin baş məşqçisi Luis Enrike Ardanın oyun üslubunu komandaya uyğun hesab edir və transferdə israrlıdır.

Qeyd olunur ki, “Real” rəhbərliyi Gülərin mövqeyinə alternativ axtarışındadır. Arda Gülər 2023-cü ildən Madrid klubunun formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43