Dünya futbolu

Arda Turana ağır cəza

Ardan Turanın başı bəladadır.

Arda Turanın müğənni Berkayla etdiyi davanın söz-söhətləri hər keçən gün daha da böyüyür. “Başakşəhər”li futbolçuya müğənini vurduğu üçün cinayyət işi açılması ilə yanaşı İstanbul təmsilçisi də oyunçusunu cəzalandırıb. Klub rəhbərliyi yaydığı açıqlamada Arda Turanı 2 milyon 500 min lirə cərimələdiyini bildirib.

Qeyd edək ki, İstanbul Cümhuriyyət Prokurorluğu müğənni Berkayla futbolçu arasındakı yaşanan qalmaqalla əlaqədar cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama ittihamı ilə futbolçuya qarşı cinayət işi açıb. Bununla bağlı iş məhkəməyə göndərilib. Prokurorluğun ittihamnaməsində Arda Turanın 12 il yarım, müğənni Berkayın isə 2 ilə kimi həbsi tələb olunub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43