“Arsenal” yarımmüdafiəçisi Martin Odeqarla yeni müqavilə ilə bağlı danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik norveçli futbolçuyla sözləşməni ən qısa vaxtda uzatmaq niyyətindədir. Yarımmüdafiəçinin özü də komandada oynamağa davam etmək istəyir.
Futbolçu 2021-ci ildən “Arsenal”da çıxış edir. O, ötən mövsüm 45 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Hazırkı müqavilə 2025-ci ildə başa çatır.

