Dünya futbolu

“Arsenal”da ciddi itki: 3 ay olmayacaq

“Arsenal” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin futbolçusu Qranit Caka sıradan çıxıb.

Premyer Liqanın 6-cı turunun “Tottenhem”lə oyununda (3:1) zədələnən 29 yaşlı yarımmüdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gəlib. Diz bağından zədə alan isveçrəli futbolçunun bərpa müddəti 3 ay çəkəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43