“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu argentinalı yarımmüdafiəçi Tyaqo Almada ilə anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə bağlanacaq.
“Botafoqo”nun futbolçusunun transferi 40 milyon avro dəyərində qiymətləndirilir.
O, bu yaxınlarda başa çatan klublararası dünya çempionatında “Botafoqo”nun heyətində 1 oyun keçirib.

