“Fənərbağça” yarımmüdafiəçi Vendelin transferi üçün “Zenit”lə danışıq aparır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Yarımmüdafiəçi Səudiyyə Ərəbistanından böyük təklif alsa da, hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.
Vendel 2020-ci ilin oktyabr ayından “Zenit”də çıxış edir. Bu müddət ərzində 27 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 150 oyun keçirib, 21 qol vurub və 36 məhsuldar ötürmə edib.
Futbolçu yayda “Botafoqo”ya keçməli idi. Razılaşma yanvarda razılaşdırılsa da, may ayında Braziliya klubu transferi ləğv etdiyini açıqlamışdı.

