18 İyun 2026
Dünya futbolu

“Atletiko”da ayrılıq

“Atletiko” 35 yaşlı müdafiəçi Sezar Aspilikuetanın klubdan ayrıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu Madrid klubunun  heyətində 53 oyun keçirib, 1 qol vurub və iki məhsuldar ötürmə edib. O, 2023-cü ildən İspaniya yığmasında çıxış edir.

Bundan başqa, futbolçu karyerasında “Çelsi”, “Marsel” və “Osasuna”da çıxış edib. “Transfermarkt”  portalının məlumatına görə, oyunçunun bazar dəyəri 1,5 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43