05 İyul 2026
İdman

Avropa çempionatı: Millimiz növbəti oyununu keçirəcək

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, yığma B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə, rəqib isə Gürcüstanla İsveçə yenilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43