Kateqoriyasız

Avropa Liqası: 1/2 finalçılar müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

İngiltərənin “Arsenal” komandası Çexiya səfərində “Slaviya” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk matçda Praqa təmsilçisi “topçular”la qollu bərabərə qalıb.

İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” İspaniya “Qranada”sını qəbul edəcək. “Qırmızı şeytanlar” ilk oyunda rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb.

Xorvatiya “Dinamo”su İspaniya “Vilyarreal”ının, Niderland “Ayaks”ı isə İtaliya “Roma”sının qonağı olacaq.

Avropa Liqası, 1/4 final mərhələsi, cavab oyunları

15 aprel

23:00 Slaviya (Praqa, Çexiya) – Arsenal (İngiltərə)
İlk oyun – 1:1

23:00 Mançester Yunayted (İngiltərə) – Qranada (İspaniya)
İlk oyun – 2:0

23:00 Vilyarreal (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
İlk oyun – 1:0

23:00 Roma (İtaliya) – Ayaks (Niderland)
İlk oyun – 2:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43