Kateqoriyasız

“Avstraliya Open”də 5-ci gün

“Avstraliya Open”in 5-ci günündə qadınların mübarizəsində maraqlı qarşılaşmalar keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, İqa Şviontek amerikalı Daniel Kollinslə qarşı-qarşıya gəlib. Polşalı tennisçi qarşılaşmanı 2-1 (6-4, 3-6, 6-4) hesabıyla qələbəylə başa vurub. İqa növbəti mərhələdə 19 yaşlı Linda Noskovayla qarşılaşacaq.

Günün ən diqqətçəkən oyunlarından biri Yelena Rıbakina və Anna Blinkova arasında olub. Blinkova sürprizə imza ataraq dünya 3 nömrəsini mübarizədən kənarlaşdırıb. Tay-breykə gedən son set 22-20 bitib. 25 yaşlı rusiyalı 3-cü turda Jasmin Paoliniylə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43