Kateqoriyasız

Avstriya “Bakı-2015″ə 145 idmançı ilə gəlir

Avstriya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə,  Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

Avstraliyalı idmançılar “Bakı-2015”də badminton, çimərlik voleybolu, boks, kanoe, velosiped, suyatullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında mübarizə aparacaqlar.(AzərTac)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43