Dünya futbolu

Ayaz Quliyev “Spartak”dan qovuldu

Moskva “Spartak”ı futbolçusu Ayaz Quliyevi 5 milyon rubl məbləğində cərimələyib. Buna səbəb Azərbaycan əsilli yarımmüdafiəçinin komandanın məşqinə gədərkən piyadanı vurması olub.

Bununla yanaşı, əsas komandadan uzaqlaşdırılan Ayaz əvəzedici heyətlə yalnız məşq keçə biləcək. Çünki onun əvəzedicilərlə oyunda iştirakına da qadağa qoyulub. Quliyevin aylıq maaşı 6 milyon rubldu.

Qeyd edək ki, Ayaz Quliyev dünən “Mersedes”i ilə Moskva küçələrinin birində hərəkətdə olarkən svetoforun qırmızı işığına məhəl qoymayıb. Yolu qarşı tərəfə keçən piyada ilə az qala toqquşma dərəcəsinə gələn futbolçu avtomobildən düşərək, zərbə ilə amerikalı turistin burnunu qırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43