Dünya futbolu

“Futbolun Zidana ehtiyacı var” – Hazard

Gələn mövsüm “Real Madrid” formasını geyinəcəyi söylənilən Eden Hazard “Kral klubu”nun baş məşqçisi Zidan haqda tərifdolu sözlər deyib. İngiltərə mətbuatına danışan belçikalı fransalı mütəxəssisin yenidən qayıtması “Real” üçün çox yaxşı olduğunu bildirib:

“Mən “Real”ın oyunçusu deyiləm. Ancaq onu deyə bilərəm ki, Zidan çox yaxşı məşqçidir. Futbolun ona ehtiyacı vardır. Onun geri dönməsi “Real” və azarkeşlər üçün çox yaxşı oldu. Təbii ki, digər rəqiblər Zidanın geridönüşünə görə üzülə bilərlər. Çünki o, “Real”da çox yaxşı işlər görüb”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43