İdman

Azərbaycan Basketbol Liqası: lider dəyişdi

Azərbaycan Basketbol Liqasında XXIII tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış oyununda “Sabah” və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda Xırdalan təmsilçisi 84:69 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (20 xal, 12 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (28 xal, 5 ribaund) olub.

Bu qələbə ilə xallarını 39-a çatdıran “AAAF Xırdalan” liderliyə yüksəlib. Eyni xala malik “Sabah” isə ikinci pilləyə geriləyib.

Qeyd edək ki, turun NTD – “Olimpik Şəki”, “Neftçi İK – “Sərhədçi PİK”, “Gəncə” – “Zirvə Astara” oyunları 1-2 apreldə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43