Ölkə futbolu

“Qəbələ” ispanın “qələmini qırdı”, növbə digərindədi

“Qəbələ” yayda futbolçusu Omar Hani ilə yolları ayıra bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 2021-ci ildən “qırmızı-qaralar”ın formasını geyinən yarımmüdafiəçinin çıxışı məşqçilər korpusunu razı salmır. 24 yaşlı iordaniyalı futbolçunun böyük ehtimalla yayda “Qəbələ”dən ayrılacağı gözlənilir.

Onunla yanaşı qapıçı Kristof Atanqana da gedəcək futbolçular arasındadı. Cari mövsümdə şans tanımayan, adətən ehtiyat oyunçular skamyasında vaxt keçirən ispaniyalı qolkiperin də müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, hər iki legioner futbolçunun “Qəbələ” ilə müqaviləsi bu ilin yayına kimidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43