12 İyul 2026
Ölkə futbolu

Azərbaycan çempionatlarında ötən ayın ən yaxşı qolları açıqlandı

Azərbaycan Premyer Liqasında, 1-ci Liqada, həmçinin, 2-ci Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Premyer Liqasında David Qomisin, 1-ci Liqada İbrahim Əliyevin, 2-ci Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

2-ci Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43