03 İyul 2026
Ölkə futbolu

Azərbaycan – Macarıstan matçının hakimləri açıqlandı

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Viktor Şimusik olacaq. Ona yan xətdə Sergey Kasavets və Anton Qusev köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 10-da Mərdəkandakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43