Ukrayna millisinin hücumçusu Artem Dovbik Azərbaycanla oyundan sonra açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Milli komandalar səviyyəsində asan rəqib olmur. Hər kəs maksimum diqqət göstərir və əzmlə oynayır” – deyə, bildirib.
Dovbik 2:1 hesablı qələbəni belə dəyərləndirib:
“Fasiləyə yaxın buraxdığımız qol bizi bir qədər silkələdi, amma nəticə istədiyimiz kimi oldu – üç xal qazandıq. Bir neçə qol imkanı da əldə etdim, lakin istifadə edə bilmədim. Azərbaycan müdafiəçiləri mənə xüsusi diqqət yetirirdilər, bu da komanda yoldaşlarıma boşluq yaratdı və bizim üçün üstünlüyə çevrildi.”

