Bu axşamkı Türkiyə – Gürcüstan matçında fələstinli uşaqlar da iştirak edəcək.
İdmanxeber.az-ın məlumatına görə, onlar oyun öncəsi keçiriləcək rəsmi mərasimdə futbolçularla birlikdə meydana çıxacaq və qarşılaşmanı tribunadan izləyəcəklər.
TFF həmçinin matçın bütün bilet gəlirlərinin Qəzzaya ianə ediləcəyini açıqlayıb.

