“Borussiya”nın yarımmüdafiəçisi Cob Bellingem İngiltərəyə qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” və “Kristal Pelas” 20 yaşlı futbolçunun transferi ilə maraqlanır.
Qeyd edək ki, Bellingem bu mövsüm “Sanderlend”dən 30 milyon avroya Dortmund klubuna keçib və 13 oyunda 1 qol, 1 assistlə yadda qalıb.

