“Beerbaşa” Minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Rumıniya təmsilçisi “Old Boys”la üz-üzə gələn komanda növbəti mərhələyə yüksəlməyi bacarıb.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan “Beerbaşa” 1/4 finala çıxıb.

