“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, Moldovanın “Şerif” klubuna rəhbərlik edən 58 yaşlı mütəxəssis hər iki ölkə futbolunun inkişafda olduğunu bildirib:
“Azərbaycan və Moldova futbolu bənzərdir. Burada da ən müasir infrastruktura malik və inkişaf edən futbol gördüm. Xüsusən də Moldova yığmasında maraqlı oyunlarımız oldu. Danimarka, Şotlandiya, İsrail kimi yığmalarla qarşılaşdıq. Hətta məğlubiyyətlər müəyyən dərəcədə bizi inkişaf etdirdi”.
Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.

