İdman

Bakı yarışı yenə sentyabrda olacaq

Formula 1-də 2025-ci ilin təqvimi açıqlanıb.

İdmanxeber.az məlumat verir ki, Bakı yarışı bu il olduğu kimi sentyabrda olacaq. Yarış 2025-ci ildə sentyabrın 19-21 tarixlərində keçiriləcək.

F1-də növbəti mövsümə martın 14-də Avstraliyada start veriləcək. Bu mövsüm olduğu kimi gələn ildə 24 yarışdan təşkil olunacaq. Mövsüm dekabrın 7-də BƏƏ-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43