Ölkə futbolu

Azərbaycandan təklif aldı, Portuqaliya klubundan ayrıldı – ÖZƏL

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu Portuqaliyanın 2-ci liqa təmsilçisi “Penafiel”in mərkəz müdafiəçisi Lukas Taqliapietranı heyətinə qatır. Tərəflər arasında ilkin razılıq əldə olunub. Son anda hər hansı bir dəyişiklik olmayacaği halda, 31 yaşlı brəziliyalı futbolçunu “Səbail”də görəcəyik.

Qeyd edək ki, təcrübəli müdafiəçi başa çatan mövsümdə 27 oyunda meydanda olub, 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43