16 İyun 2026
İdman

Azərbaycanlı boksçu finala yüksəldi, rəqibi bəlli oldu

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib.

Sübhan Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43